...

Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız Milli Məclisə və beynəlxalq təşkilatlara müraciət edəcək

Cəmiyyət Materials 7 İyul 2006 15:08 (UTC +04:00)

"İrəvan" Azadlıq Təşkilatı Qərbi Azərbaycandan deportasiya olunan insanlara qaçqın statusunun verilməsi ilə bağlı Milli Məclisə və beynəlxalq təşkilatlara müraciət edəcək. Trend xəbər verir ki, bu barədə iyulun 7-də adıçəkilən təşkilatın rəsmilərinin keçirdiyi mətbuat konfransında bildirilib.

"İrəvan" Azadlıq Təşkilatının sədri Təbriz Musayev bildirib ki, 1998-ci ildə "Vətəndaşlıq haqqında" qanunun 5-ci maddəsinin 3-cü bəndində göstərilən "1988-1992-ci ilədək Azərbaycan Respublikası ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşı sayılırlar" ifadəsi onların hüquqlarının pozulmasına xidmət edir: ""Qaçqınların statusu haqqında 1951-ci ildə BMT-nin qəbul etdiyi konvensiyanın 128-ci abzasında açıq göstərilib ki, qaçqınların sığınacaq tapdığı heç bir dövlət onların razılığı olmadan vətəndaşlığa qəbul edə bilməzlər".

T.Musayev onu da vurğulayıb ki, elə buna görə də onlara BMT səviyyəsində qaçqın statusu verilmir: "Biz nə Ermənistana, nə də beynəlxalq təşkilatlara 200 mindən çox azərbaycanlı qaçqının olduğunu sübut edə bilmirik. BMT-nin qaçqınlar haqqında xüsusi illik hesabatında Azərbaycanda 8 min qaçqının olduğunun göstərilməsi bunu bir daha təsdiq edir".

T.Musayev onu da əlavə edib ki, qaçqın statusuna malik olmaları ilə bağlı qaçqınlar arasında imzatoplama kampaniyasına başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti