...

2006-2007-ci tədris ilində Azərbaycanın orta ixtisas təhsil müəssisələrində 8014 yer ayrılıb

Cəmiyyət Materials 13 İyul 2006 12:35 (UTC +04:00)

2006-2007-ci tədris ilində Azərbaycanın orta ixtisas təhsil müəssisələrində 8014 yer ayrılıb. Bu barədə Trend ə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Tələbə qəbulu dövlət və qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş qeyri-dövlət orta ixtisas təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada əsas təhsil bazası üzrə test üsulu ilə keçirilir. Ayrılmış 8014 yerin 5080-i ödənişsiz, 2852-si isə ödənişlidir. Qəbul ölkənin 49 orta ixtisas təhsil müəssisələrinə keçirilir.

Xatırladaq ki, ötən il ölkə texnikumlarına qəbul üçün 7744 yer ayrılmışdır.

Xəbər lenti

Xəbər lenti