...

Mətbuat Şurası Milli Mətbuat Günü münasibətilə rəsmi qəbul təşkil edib

Cəmiyyət Materials 20 İyul 2006 20:01 (UTC +04:00)

İyulun 20-də "Park İnn" otelində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Mətbuat Günü münasibətilə rəsmi qəbul keçirilib. Trend in məlumatına görə, toplantıda Prezident Aparatının, xarici ölkə səfirliklərinin, media orqanlarının və icitmai təşkilatların nümayəndələri iştirak ediblər.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov 22 iyul 1875-ci il tarixdə Azərbaycan milli mətbuatının əsasının qoyulmasından, ondan sonrakı dövrlərdə və müstəqillik illərində mətbuatın inkişafından söz açıb. Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə çıxışında Azərbaycanda söz və mətbuat azadlığının mövcud olduğunu qeyd edib, mətbuata göstərilən dövlət qayğısından danışıb.

Türkiyə səfirinin müşaviri Bülənt Uğur Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus adından Azərbaycan mətbuatını bayram münasibətilə təbrik edib və uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti