...

Azərbaycan "Xəzər- dostluq dənizi" adlı ekoloji problemlər üzrə beynəlxalq festivalda iştirak edəcək

Cəmiyyət Materials 24 Avqust 2006 13:58 (UTC +04:00)

Ekoloji, iqtisadi, humanitar və elmi problemlər bu gün Aktauda açılan "Xəzər-dostluq dənizi" beynəlxalq festivalının əsas mövzusu olacaq.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Qazaxıstan tərəfindən başqa, festivala bütün Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Rusiya və Türkmənistanın nümayəndə heyətləri gəlib.

"Festivalda müzakirə edəcəyimiz bütün Xəzəryanı dövlətlər üçün başlıca problem ekoloji problemdir. Əgər biz dəniz şelfinin mənimsənilməsi zamanı ekoloji mühiti məhv etsək, baş verən nəticələri düzəltmək mümkün olmayacaq", - deyə Manqistau vilayətinin qubernatoru Krımbek Kuşerbayev bildirib.

O qeyd edib ki, "Manqışlak yarımadasındakı müxtəlif iqtisadi layihələr, xüsusilə də karbohidrogenlərin hasilatına, onların nəqlinə, həmçinin yeni nəqliyyat magistrallarının tikintisinə aid olan layihələr Rusiyanın maraqlarını nəzərə almaqla həyata keçirilir".

Onun məlumatlarına görə, "neft hasilatı üzrə təkcə Manqışlakın potensialı ildə təxminən 90 mln. ton təşkil edir". "Biz Rusiya kapitalının bu bölgədəki müxtəlif iqtisadi layihələrdə fəal surətdə iştirak etməsində maraqlıyıq. Artıq Aktau limanında tərsanənin və neft terminallarının tikintisi haqqında Astraxan vilayəti ilə müəyyən razılıq əldə olunub, LUKoyl isə şelfin mənimsənilməsində iştirak edəcək", - deyə Kuşerbayev bildirib.

"Xəzər- dostluq dənizi" festivalı avqustun 24-dən 26-a qədər keçiriləcək. Festivalın çərçivəsində "dəyirmi masalar", konfranslar, sərgilər keçiriləcək, artistlər çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti