...

Dövlət Komissiyası ali məktəblərin boş qalan yerlərinə və texnikumlara yerləşdirmənin nəticələrini elan edib

Cəmiyyət Materials 31 Avqust 2006 11:26 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin ali məktəblərin boş qalan yerlərinə və texnikumlara yerləşdirilməsinin nəticələrini elan edib. TQDK-dan Trend ə verilən məlumata görə, nəticələr "Abituriyent" jurnalının növbəti saylarında dərc olunub və TQDK-nın internet saytında yerləşdirilib.

Ali məktəblərin bütün şöbələrinə (əyani, axşam, qiyabi), o cümlədən texnikumlara qəbul olan abituriyentlər 10 gün ərzində sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim etməli və qeydiyyatdan keçməlidir. Vaxtında qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri ali məktəblərə göndərilməyəcək.

Xəbər lenti

Xəbər lenti