...

Qrossmeyster Teymur Rəcəbov FİDE-nin reytinqində 11-ci yeri qoruyub saxlayıb

Cəmiyyət Materials 2 Oktyabr 2006 15:34 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov FİDE-nin növbəti reytinqinin yekunlarına görə, 11-ci yeri qoruyub saxlayıb.

Trend in xəbər verdiyi kimi, 3 üç ay ərzində 10 rəsmi oyun keçirən şahmatçı reytinqinə bir bənd əlavə edib və rəqiblərinə onu keçmək imkanı verməyib. 12-ci yerdə isə digər həmyerlimiz Şəhriyar Məmmədyarov qərarlaşıb. O, əmsallarına daha 6 xal əlavə edib. Beləliklə, qrossmeysterlər ranqlar cədvəlində ispan Aleksey Şirovu, erməni Vladimir Akopyanı, macar Yudit Polqarı, rusiyalı Aleksandr Qrişuki və digər şahmatçıları qabaqlayır.

Reytinqdə hazırkı dünya çempionu bolqar Veselin Topalov liderlik edir. İkinci yerdə hindistanlı Vişvanatan Anand gəlir. İlk üçlüyü Vladimir Kramnik qapayır.

Xəbər lenti

Xəbər lenti