...

Azər Paşa Nemət: "Hacıbaba Bağırovun yoxluğu Azərbaycan mədəniyyətinə böyük itkidir"

Cəmiyyət Materials 5 Oktyabr 2006 14:56 (UTC +04:00)

Hacıbala Bağırovun yoxluğu Azərbaycan mədəniyyətinə böyük itkidir. Bu barədə Trend ə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət xalq artisti H.Bağırovun vəfatı ilə bağlı bildirib.

O qeyd edib ki, xalq artisti Hacıbaba Bağırov Azərbaycan musiqili teatr mədəniyyətində öz yeri olan sənətkarlardan biridir: "Təbii ki, onun yoxluğu Azərbaycan mədəniyyəti və teatrı üçün böyük itkidir. H.Bağırovun yaradıcılığı bundan sonrada teatrşünaslar tərəfindən araşdırılacaq".

A,P.Nemət onu da vurğulayıb ki, H. Bağırov Azərbaycanın böyük səhnə ustadları - Əlihüseyn Qafarlı, Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu yaradıcılığını davam etdirən sənətkarlardan idi: "Çox təəssüf ki, o, aramızda yoxdur. Amma onun iştirak etdiyi televiziya tamaşaları, çəkildiyi filmlər bizə təsəlli olacaq. Biz onlara baxanda həmişə H.Bağırovu xatırlayacağıq. O, böyük sənətkar idi".

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Komediya teatrının rəhbəri, xalq artisti H.Bağırov oktyabrın 4-də 73 yaşında vəfat edib.

Xəbər lenti

Xəbər lenti