Sentyabrın 25-dən 30-dək Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Xəzər həftəsi" çərçivəsində Xəzərin Azərbaycan hissəsində yerləşən müəssisələrdə reydlər keçirib. Trend nazirliyə istinadən xəbər verir ki, reydlərin yekunlarına görə Lənkəranda törəmə sutikinti idarəsi dəniz sahilindən qanunsuz qum daşınmasına görə 165 AZN həcmində cərimə olunub, ətraf mühitə vurduğu ziyana görə 13 min AZN həcmində iddia qaldırılıb. Azvirt (163 AZN cərimə və 70,6 min AZN dəyərində iddia), Azərdənizneftinşaat 3 saylı trestin tikinti-montaj fililalına (45 AZN cərimə və 132 AZN dəyərində iddia) qarşı da eyni tədbirlər görülüb.
İstehsalat tullantılarının qanunsuz yerləşməsinə görə Xəzərdənizneftdonanma idarəsi və Abşeron NQÇİ -yə qarşı aktlar tərtib olunub.