Avropa Birliyi (AB) TACİC proqramı çərçivəsində Azərbaycanda 3 mln. avro büdcəsi olan "Texniki-peşə təhsili" layihəsini həyata keçirir. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.
Layihənin texniki iqtisadi əsaslandırmasını hazırlamaq məqsədi ilə Avropa komissiyasının eksperti Nikolay Petrov Azərbaycanın təhsil naziri Misir Mərdanovla görüşüb. Görüşdə Azərbaycanda texniki-peşə təhsilinin inkişafı məsələləri müzakirə edilib.
M.Mərdanov ekspertə təhsilin bu sahəsinin inkişafı üzrə dövlət proqramı haqqında məlumat verib.