...

Ümumdünya Səhiyyə Təşkilatının başçısı postuna namizəd Bakıya gələcək

Cəmiyyət Materials 17 Oktyabr 2006 15:17 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru postuna namizəd olan Tomris Türmen oktyabrın 23-24-də Bakıya səfər edəcək. Bu barədə Trend ə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildiriblər ki, T. Türmen ÜST başçısı postuna Türkiyədən irəli sürülən namizəddir və o, bu mövzu ilə bağlı Bakıda məsləhətləşmələr aparmaq niyyətindədir.

Hal-hazırda ÜST-nin baş direktoru postuna Küveyt, Çin, Meksika, İslandiya, Myanma, Siriya, Fransa, Mozambik, Yaponiya, Ekvador, Finlandiya, İspaniya və Türkiyədən ümumilikdə 13 nəfər namizədliyini irəli sürüb. Yeni baş direktorun seçiləcəyi İcraiyyə Komitəsinin iclası 2006-cı ilin noyabr aynının 6-8-də Cenevrədə keçiriləcək.

ÜST-nin əvvəlki başçısı Çjon Uk Li may ayının sonunda insultdan vəfat edib. O, 2003-cü ildən təşkilata başçılıq edirdi.

Xəbər lenti

Xəbər lenti