Hazırda Azərbaycanın ali məktəblərində 3438 nəfər xarici ölkə vətəndaşı təhsil alır. Elə həmin sayda Azərbaycan vətəndaşı da xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsillərini davam etdirir. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.
3438 xarici tələbə dünyanın 41 ölkəsini təmsil edir. Onlar bakalavr, magistr və doktorantura dərəcələri üzrə təhsil alır.
2006-2007-ci dərs illərində 891 azərbaycanlı dövlət xətti ilə xarici ölkələrin təhsil müəssisələrinə daxil olub. Onların 421 nəfəri bakalavr, 282 nəfəri magistraturaya, 63-ü klinik ordinaturaya, 18-i aspiranturaya, 102 nəfər isə doktoranturuya qəbul olunub.