Noyabrın 25-30-da Ahıska Türklərinin Azərbaycan "Vətən" Cəmiyyətinin II qurultayı keçiriləcək. Bu barədə Trend ə Ahıska Türklərinin Azərbaycan "Vətən" Cəmiyyətinin sədri İbrahim Burxanov bildirib.
İ.Burxanov qeyd edib ki, qurultaya Gürcüstanın dövlət rəsmiləri, bu dövlətin Azərbaycandakı səfirliyinin nümayəndələri, Türkiyədən qonaqlar, Milli Məclisin üzvləri dəvət olunacaq. Qurultayda nizamnaməyə dəyişikliklərin ediləcəyini deyən İ.Burxanov yeni İdarə Heyətinin və Şura üzvlərinin seçiləcəyini də bildirib. İ.Burxanov həmçinin vurğulayıb ki, cəmiyyətin üzvləri sədrliyə onun namizədliyini irəli sürərsə buna etiraz etməyəcək: "Amman ə bilmək olar, bəlkə qurultayda məndən də güclüsü öz namizədliyini irəli sürə bilər".
Ahıska Türklərinin Azərbaycan "Vətən" Cəmiyyəti 1993-cü ildə oktyabrın 13-də yaradılıb. Cəmiyyətin 70 minə yaxın üzvü var.