Azərbaycanda qeydiyyata alınan 16308 abidənin 98 faizinin əsaslı təmirə ehtiyacı var. Trend xəbər verir ki, bu barədə noyabrın 1-də Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasında "207-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib.
Nazir müavini qeyd edib ki, beynəlxalq səviyyəli abidələr beynəlxalq qurumların maliyyə dəstəyi ilə təmir edilir. Amma yerli səviyyəli abidələrin təmiri isə büdcədən aparılmalıdır. Mədəniyyə və Turizm Nazirliyinin isə buna tam gücü çatmadığını deyib. Ə.Vəliyev həmçinin qeyd edib ki, 16308 tarixi abidə qeydiyyata alınıb. Onlarnın 98 faizinin əsaslı təmirə ehtiyacı var.
40 kitabxananın evdə fəaliyyət göstərdiyini deyən nazir müavini bu kitabxanalar üçün yeni yerlərin ayrılmasının vacibliyini vurğulayıb. Onu da bildirib ki, son üç ildə Mədəniyyət Nazirliyinin rayon mədəniyyət şöbələrinin tabeçiliyində olan muzeylər əsaslı təmir olunub. Amma kəndlərdə fəaliyyət göstərən kitabxana və muzeylər təmir olunmayıb.