...

Yarımmüdafiəçi Anatoli Ponomaryov "Vaduts" klubu ilə müqaviləni pozub

Cəmiyyət Materials 10 Noyabr 2006 20:13 (UTC +04:00)

Azərbaycan futbol yığmasının yarımmüdafiəçisi Anatoli Ponomaryov Lixtenşteynin "Vaduts" klubu ilə müqaviləni pozub.

Trend ə məlum olduğu kimi, əvvəlcə oyunçu İsveçrə birinciliyinin ikinci divizionunda çıxış edən klubun start heyətində oynayırdı. Ancaq daha sonra o, zədə alıb və optimal forma əldə edə bilməyib. Şahin Diniyevin yığmaya baş məşqçi təyin olunmasından sonra komandaya cəlb olunmayan A.Ponomaryov İsveçə qayıdıb və ola bilsin ki, karyerasını orada davam etdirəcək.

Qeyd etmək lazımdır ki, əvvəllər Anatoli İspaniyanın "Malyorki" klubunda çıxış edib, Yunanıstanın "Ksanti" klubunun şərəfini qoruyub, "Qarabağ" və Bakının "İnter", o cümlədən İsveçin "Kalmar" klublarında oynayıb. Sonuncu klubun heyətində o, bu Skandinaviya ölkəsinin futbol çempionatının bürünc medalını qazanıb.

Xəbər lenti

Xəbər lenti