...

Bakıda Azərbaycanda yaşayan məshəti türklərinin VI qurultayı olacaq

Cəmiyyət Materials 25 Noyabr 2006 13:09 (UTC +04:00)

Dekabrın 2-də Bakıda Azərbaycan məshəti türklərinin "Vətən" cəmiyyətinin VI qurultayı keçiriləcək. Bu haqda Trend -ə "Vətən"nin sədri İbrahim Burxanov məlumat verib.

Burxanov qeyd edib ki, qurultaya Azərbaycanın və Gürcüstanın dövlət xadimləri, Gürcüstanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Türkiyədən qonaqlar, Milli Məclisin deputatları dəvət olunub. Cəmiyyət sədrinin sözlərinə görə, qurultayın gündəliyinə aşağıdakı məsələlər daxil olacaq: nizamnaməyə dəyişiklik, yeni idarə heyəti və Şuraya üzvlər seçkisi.

"Vətən" cəmiyyəti 1993-cü il oktyabrın 13-də yaradılıb. Cəmiyyətin üzvləri 70 min nəfərə yaxındır.

Xəbər lenti

Xəbər lenti