...

Azərbaycan Səhiyyə Nazirliyi insanlar arasında 3 H5N1 virusuna yoluxma halı ilə bağlı tədqiqatın nəticələrini açıqlayıb

Cəmiyyət Materials 25 Noyabr 2006 15:04 (UTC +04:00)

Azərbaycan Səhiyyə Nazirliyi insanlar arasında quş qripinin H5N1 virusuna yoluxma üzrə üç halın rentgen tədqiqatlarının nəticələrini açıqlayıb. Trend nazirliyə istinadən xəbər verir ki, bu nəticələrin açıqlanmasının əsas şərti - həm milli, həm də beynəlxalq səviyyədə yeni xəstəliyin yaxşı anlaşılmasını təmin etməkdir.

Hər üç hal laborator şəraitində təsdiq olunub. Epidemioloji mənzərə bütün xırdalıqları ilə ÜST-nin nəşrində:Weekly eridemiological record (Human avian influenza in Azerbaijan, February-March 2006. Wkly Epidemiol Rec. 5 MAY 2006:81 (18): 183-8) httr://www.who.int/wer/2006/ wer8 18.rdf) jurnalında Eurosurveillance (Euro Surveill 2006; 11 (5): 122-6 httr://www.eurosurveillance. org/eq/2006/02-06 rdf/eq 5 2006 122-126.rdf) öz əksini tapıb. Hazırda tam kliniki mənzərənin yazısı dərc edilmək üçün hazırlanır, milli ekspertlər və ÜST ekspertləri üçün isə kliniki, laborator və epidemioloji tədqiqatların baza nəticələrinə çıxış açıqdır.

Birinci hadisə:16 yaşında oğlan uşağı. Xəstəliyin 4-cü günündən Oseltamivirlə müalicə başlanıb. İntensiv yardım və kömək terapiyasına baxmayaraq, xəstəliyin 10-cu günü vəfat edib.

İkinci və üçüncü hadisələr- hər iki halda temperaturun 2 günlük müddətdə cüzi yüksəlməsi (37,5 S) müşahidə edilib. Onlar tədqiq olunub və dərhal Oseltamivirlə müalicələrə başlanılıb. Hər iki halda bir gün yarım- iki gündən sonra temperatur normallaşıb. Dörd gündən sonra simptomların tam yoxluğu və laborator testlərinin normal nəticələri əsasında xəstələrin Oseltamivirlə müalicəsi dayandırılıb və onlar evə yerli həkimlərin nəzarətinə göndərilib. Nəticədə hər iki halda temperaturun 38 C-yə kimi yüksəlməsi müşahidə edilib. Ailələri xəstələrin təkrar hospitalizasiyasına razılıq verib və bu zaman xəstələrə yardımçı terapiya göstərilib. Xəstələrə oksigen də verilib, bəzən oksigen doymanın nəticələrinə görə hətta güclü axınla verilib. Oseltamivirlə müalicə yenidən başlanıb. Xəstələrin virusla potensial təması (kontaktı) qeyri-müəyyən olduğundan, hətta mümkün təkrar təması nəzərə alaraq temperaturun yüksəlməsi günü kimi göstərilir və bunun ardınca mötərizədə temperaturun birinci, azacıq yüksəldiyi gün göstərilir. Bu hallar xəstəliyin gedişinin 12-ci və ya 13-cü (19-cu və ya 20-ci) günlərində apiretik oldular. Hər iki halda xəstələr sağ-salamat qaldı.

Xəbər lenti

Xəbər lenti