Azərbaycanlı kinodokumentalist İqbal Məmmədov "İzlər" birinci Cənubi Qafqaz sənədli filmlər festivalı çərçivəsində "Zəmanəmizin qəhrəmanı" musabiqəsində üçüncü yeri tutub.
Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, birinci yeri Yerevandan olan 25 yaşlı Yevgeniya Şakoyan "Daşın nəğmələri" filminə görə, ikinci yeri Tbilisidən 14 yaşlı İrakliy Tsanava və 16 yaşlı Levan Cobava "Zəmanəmizin qəhrəmanı" filminə görə tutub. Onlar 150, 150 və 100 avro məbləğində pul mükafatları alıb. Bu filmlər dekabrın 9-dan 10-dək Rustaveli kinoteatrında nümayiş etdiriləcəklər.
Festival çərçivəsində Tbilisidə Rustaveli kinoteatrında 60 sənədli film göstərilib.
Onlardan 35-i insan təbiətə qarşı, zəmanəmizin qəhrəmanları, mədəni orijinallıq və qloballaşdırma kateqoriyalarına aid olub. Daha 25 film noyabrın 6-da başlamış "Zəmanəmizin qəhrəmanı" müsabiqəsi zamanı seçilib. Müsabiqədə Azərbaycan, Ermənistan və Gürcüstandan 16-27 yaşlarında gənc kinodokumentalistlər iştirak edib.