...

"Bakı" futbol klubu baş məşqçisindən ayrılmaq fikrində deyil

Cəmiyyət Materials 9 Fevral 2007 16:40 (UTC +04:00)

"Bakı" futbol klubunun baş məşqçisi Böyükağa Ağayev qüvvədə olan çempionların oyununa Milli birinciliyin ikinci dövrəsində də rəhbərlik edəcək.

Komandanın rəsmi saytına istinadən Trend xəbər verir ki, bakılıların rəhbərliyi məşqçiyə etibar edir və gələcəkdə də onunla sıx və məhsuldar əməkdaşlıq niyyətindədir. "Bakı"nın xüsusi məlumatında deyilir: "Məşqçinin klubdan getməsi barədə söz-söhbətlərin heç bir əsası yoxdur və yalnız uydurmadır".

Qeyd etmək lazımdır ki, qış fasiləsi dövründə kollektiv Moskvada keçirilən Birlik Kubokunda iştirak edərək dörddə bir finala qədər çatıb, həmçinin argentinalı forvard Fernando Peres və Gürcüstandan olan yarımmüdafiəçi Amiran Mudjiri ilə müqavilə bağlamaqla heyətini möhkəmləndirib.

Xəbər lenti

Xəbər lenti