...

Ombudsman Hüseyn Abdullayevin saxlanılma şəraitini araşdırmağı tələb edir

Cəmiyyət Materials 29 Mart 2007 11:20 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan ombudsmanı Elmira Süleymanova Milli Məclisin həbs olunmuş deputatı Hüseyn Abdullayevlə görüşüb. Ombudsman aparatından verilən məlumata əsasən, görüşdə deputat həbsi ilə bağlı narazılığını bildirib və bununla əlaqədar apellyasiya şikayəti verdiyini söyləyib. H.Abdullayev həmçinin E.Süleymanovanı tibbi müayinə keçdiyi barədə məlumatlandırıb, həmçinin ondan onun saxlanılma şəraitinin ekspertizasının aparılmasına təşəbbüs göstərməsini xahiş edib. Bu məqsədlə ombudsman Baş Prokuror Zakir Qaralova müraciət edib.

Xəbər lenti

Xəbər lenti