...

Gəncədə yeni filarmoniya binası tikiləcək

Cəmiyyət Materials 6 Aprel 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə yeni filarmoniya binası tikiləcək. Bu barədə məlumat verən Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovanın sözlərinə görə, inşası nəzərdə tutulan yeni filarmoniya binasının layihə-smeta sənədələri də hazırdır. Nazirlər Kabineti təqdim edilən layihəni təsdiq etdikdən sonra tikintinin aparılması üçün 16 milyon manat vəsait ayrılacaq.

Müsahibin sözlərinə görə, bina üç mərtəbədən ibərət olacaq. "Filarmoniyanın konsert zalının tutumu 800 nəfərlikdir. Burada həmçinin təxminən 100-150 nəfərlik kinoteatr da istifadəyə veriləcək. Filarmoniya və kinoteatrın bir binada yerləşəcəyinə baxmayaraq, hər birinin ayrıca giriş-çıxış qapıları olacaq. Mədəniyyət və Turizm Nazirliyindən aldığım məlumata əsasən, Nazirlər Kabinetində sənədlərin təsdiqindən sonra tender keçiriləcək. Qalib gələn şirkət bu il tikinti işlərinə başlayacaq" - deyə M.Məlikova bildirdi.

İdarə rəisinin sözlərinə görə, yeni filarmoniyada gözəl məşq və qrim otaqları, səsyazma kabineti, müasir istilik, işıqlandırma, hava təmizləyici sistemi olacaq. Konsert zalında həmçinin böyük monitorun da quraşdırılması planlaşdırılır.

M.Məlikova filarmoniyanın smeta-layihə sənədlərinin hazırlanmasına 2 il vaxt sərf olunduğunu, elə tikinti işlərinin də bu qədər müddətə yekunlaşacağının gözlənildiyini bildirdi.

Qeyd edək ki, filoarmoniya binası "Bakı" kinoteatrının yerində inşa ediləcək. Vaxtılə respublikada ən böyük tamaşa zalı olan bu kinoteatr artıq 10 ildən çoxdur ki, yararsız haldadir. Elə 1980-ci ildə inşa olunan Gəncə Dövlət Filarmoniyasının binası da qəza vəziyyətində olduğundan, 2000-ci ildən etibarən burada da tədbirlərin keçirilməsi dayandırılıb.

Xəbər lenti

Xəbər lenti