...

Azərbaycanın təhsil naziri MDB-nin təhsil nazirləri şurasının iclasında iştirak edəcək

Cəmiyyət Materials 9 Aprel 2007 16:51 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/MDB dövlətləri təhsil sahəsində əməkdaşlıq şurasının XIX iclasının 3-4 may tarixində Düşənbədə keçirilməsi planlaşdırılır. Bu barədə MDB-nin İcra Komitəsindən məlumat verilib. İclasda şuranın üzvləri və Birlik dövlətlərinin səlahiyyətli nümayəndələri, Şurada müşahidəçi statusuna malik təhsil sahəsinin baza təşkilatları və müəssisələrininin, həmçinin MDB-nin İcra Komitəsi, MDB iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyanın Katibliyinin nümayəndələri də iştirak edəcək.

Şura təhsil sahəsində gələcək əməkdaşlığın inkişafı məsələləri, o cümlədən, MDB-də vahid təhsil məkanının yaradılması konsepsiyası üzrə dövlətlərarası proqramın reallaşdırılmasının yerinə yetirliməsinin gedişatı və 2010-cu ilə qədər dövr üçün təhsil sahəsində əməkdaşlığın inkişafı üzrə tədbirlər planı layihəsinin hazırlanması, "Rusiya təhsil akademiyasının yaşlıların təhsili institutu" dövlət təhsil müəssisəsinə yaşlıların təhsili üzrə baza təşkilatı statusunun verilməsi, MDB iştirakçı dövlətlərinin yaşlıların təhsilinin inkişafı konsepsiyasının reallaşdırılması üzrə tədbirlər planı layihəsi, MDB iştirakçı dövlətlərinin linqvistik təhsil inteqrasiya sisteminin yaradılması və digər məsələləri müzakirə edəcək.

Azərbaycanın Təhsil Nazirliyindən verilən məlumata əsasən, Azərbaycanı iclasda təhsil naziri Misir Mərdanov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti