...

Azərbaycanda qadınlar kişilərdən çox yaşayır

Cəmiyyət Materials 18 Aprel 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /korr.TrendLife Farid Sadıxov/Dövlət Statistika Komitəsi bu gün ölkə əhalsinin sayı ilə bağlı növbəti statistik rəqəmləri açıqlayıb. Komitədən TrendLife-a verilən məlumata görə, 2007-ci il aprel ayının 1-dək ölkə əhalisinin sayı 8 milyon 557 min nəfər olub. Cari ilin üç ayı ərzində əhalinin sayı 24 min nəfər (0,3 %) artıb. Əhalinin 4 milyon 398 min nəfəri (51,5 %) şəhər və 4 milyon 135 min nəfəri (48,5 %) isə kənd sakinləridir. Əhalinin ümumi sayından 4 milyon 205 min nəfəri ( 49 %) kişi, 4 328 min nəfəri (51 %) isə qadınlardır. Hazırda hər 1000 kişiyə 1029 qadın düşür. Azərbaycanda əhalinin orta yaşı 31, doğulanların gözlənilən ömür uzunluğu isə 72,4 yaş (kişilərdə - 69,6; qadınlarda - 75,1) təşkil edir.

2007-ci ilin birinci rübü ərzində ölkədə 38,4 min körpə doğulub, bu isə o deməkdir ki, hazırda əhalinin hər 1000 nəfərinə 19 doğulan uşaq düşür. Hazırda orta hesabla bir qadına bütün ömrü boyu təxminən iki doğulmuş uşaq düşür. Son 10 il ərzində respublikada ölümün səviyyəsi nisbətən aşağı düşüb və sabit olaraq qalmaqdadır.

Bu ilin üç ayı ərzində ölkədə 14,2 min ölüm halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölənlərin sayının eyni səviyyədə qalması deməkdir.

İlin əvvəlindən aprelin 1-dək Azərbaycanda 15,7 min nikah və 2,1 min boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 7,4-dən 7,5-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

Xəbər lenti

Xəbər lenti