...

Ermənistandan köçürülən azərbaycanlıların mülkiyyət hüquqlarının pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət hazırlanır

Cəmiyyət Materials 26 Aprel 2007 13:45 (UTC +04:00)
Ermənistandan köçürülən azərbaycanlıların mülkiyyət hüquqlarının pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət hazırlanır

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistandan məcburi köçürülən azərbaycanlıların mülkiyyət hüquqlarının pozulması ilə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinə sənədlər təqdim ediləcək. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Haqları İnstitutuna 200-ə yaxın müraciət daxil olub. Bu barədə çümə axşamı İnstitutun direktoru Rövşən Mustafayev məlumat verib. Onun sözlərinə görə, İnsan Haqları üzrə Avropa Məhkəməsinə təqdim olunması üçün sənədlər hazırlanır və yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Mustafayev bildirib ki, iddiada mülkiyyət hüquqlarını pozduğu üçün Ermənistanın təzminat ödəməli olduğu qeyd olunub. Dəyən ziyanın miqdarı milyardlarla manatdır.

1988-1989-cu illərdə Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlı məcburi köçürülüb.

Xəbər lenti

Xəbər lenti