...

Corc Vaşinqton adına Universitetdə "Azərbaycan muğamı" konsert proqramı təşkil olunub

Cəmiyyət Materials 17 May 2007 15:40 (UTC +04:00)

ABŞ, Vaşinqton / Trend müxbir M.Əfəndiyeva/ Corc Vaşinqton adına Universitetdə Azərbaycan-Amerik Sənaye Palatası tərəfindən təşkil olunmuş "Azərbaycan muğamı" konsert proqramı keçirilib. Daha öncə Hyustonda olan ansambl Amerika paytaxtına da səfər edib.

Konsertdə Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatiya Akademiyasının rəhbəri Hafiz Paşayev və Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev iştirak edib.

Ansambl-üçlüyün iştirakçısı İmamit Həsənov yeddi yaşından kamançada ifa edir, Azərbaycan xalq çalğı alətləri milli ansamblının ən gənc solisti olan musiqiçi İran, Qırğızıstan, Rusiya, Kanada, Türkiyə və ABŞ-da keçirilən beynəlxalq folklor musiqisi festivallarında iştirak edib.

Rüfət Həsənov da həmçinin yeddi yaşından kamançada çalmağın sirlərini öyrənir və Azərbaycan Dövlət Konservatoriyasında ali musiqi təhsili alıb. Türkiyə, Azərbaycan və ABŞ-da keçirilən beynəlxalq festivallarda iştirak edib.

Darfi Masters Qrant-ın ikiqat mükafatçısı Pejman Xadadi Tehranada doğulub və böyüyüb. Kaliforniyada "Neyrez" Musiqi Akademiyasının əsasını qoyub. Dəf və Tombakda ifadan dərs deyən Xadadi beynəlxalq festivallarda bir çox tar və kaman ustaları ilə birgə ansambllarda ifa edib.

Təqribən iki saat davam edən konsertin sonunda ansambl alqış sədaları altında səhnəyə qayıdaraq final nömrəsini ifa edib. Konsertd? xalq mahnıları - "Sarı gəlin", xalq rəqsləri - "Yallı", "Turacı", həmçinin Cahargah, Şur, Mahur, Cahargah-Şur muğamları ifa olunub.

Konsertdən əldə edilən gəlir Azərbaycandakı qaçqın düşərgələrində yaşayan uşaqlar üçün yardıma sərf olunacaq. Azərbaycan-Amerik Ticarət Palatası azərbaycanlı uşaqlar üçün məktəb tikintisini maliyyələşdirir.

Xəbər lenti

Xəbər lenti