...

Taekvondoçu Təvəkkül Bayramov mundialın "gümüş"ünü qazanıb

Cəmiyyət Materials 23 May 2007 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı taekvondoçu Təvəkkül Bayramov ( 84 kq) Pekində keçirilən dünya çempionatının sonuncu günündə gümüş mükafatı qazanıb.

Trend in xəbərinə görə, ilk görüşdə Bayramov qətərli Abdel Həmiddən güclü olub. Növbəti döyüşdə isə idmançımız Andorra nümayəndəsi Karles Morenonu yarışdan kənarlaşdırıb. Üçüncü döyüş də Bayramovun xeyrinə sonuclanıb. Belə ki, burada o, fransalı Bruno Ntepi məğlub edib. Növbəti iki görüş çətin keçsə də, həmyerlimiz öncə italiyalı Sarmyento Mauro, sonra isə qazaxıstanlı Arman Çilmanovu məğlub edib. Lakin final Bayramov üçün uğursuz alınıb. Odur ki, sonuncu döyüşdə o, Afina Olimpiadasının mükafatçısı, türkiyəli Bağrı Tanrıquluya uduzub.

Qeyd edək ki, yığmanın digər liderləri Rəşad Əhmədov ( 78 kq), İlkin Şahbazov ( 68 kq), Elnur Amanov ( 58 kq) və digərləri mükafatsız qalıblar.

Xəbər lenti

Xəbər lenti