...

Bodibilder Vüqar Verdiyev Avropa Oyunlarına hazırlaşır

Cəmiyyət Materials 9 İyun 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Avropa çempionatının gümüş medalçısı Vüqar Verdiyevin dəvət aldığı bodibildinq üzrə avro-tur Kiyevdə Avropa Oyunları çərçivəsində keçiriləcək.

Federasiyanın prezidenti Rauf Bunyadəliyev bildirib ki, kommersiya xarakterli yarışın təşkilatçıları onu iyulun 20-22-də planlaşdırılan turnirin bayrağı altında keçirməyi qərara alıblar. "Bir neçə il əvvəl Duysburqda Ümumdünya Oyunları keçirilirdi və oraya da kulturizm üzrə proqram daxil edilmişdi. Bu mənada qitə oyunları da istisna olmayacaq" - deyə Bunyadəliyev vurğulayıb.

İlkin olaraq elit-turun təşkilatçılarının yarışı iyunun əvvəlində keçirməyi qərara alsalar da, sonra onu ayın sonuna təxirə saldılar. Bu təxirəsalma artıq sayca üçüncüdür.

Xəbər lenti

Xəbər lenti