...

Azərbaycanlı hokkeyçilər məhsuldarlığa görə "AtaHolding Hockey Champions Challenge" turnirində beşincidir

Cəmiyyət Materials 13 İyun 2007 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət otüstü hokkey yığması "AtaHolding Hockey Champions Challenge" beynəlxalq turnirində məhsuldarlıq göstəricisi üzrə beşinci yerə çıxıb.

İlk iki turda rəqibin qapısından top keçirməyən Tahir Zamanın yetirmələri koreyalılara qarşı oyunda üç dəfə fərqləniblər. Bu oyunda 3:4 hesabı ilə məğlub olmasına baxmayaraq, meydan sahibləri Yeni Zelandiyanı ötüb. Belə ki, yeni zelandiyalıların aktivində iki top var.

Doğrudur, ada təmsilçilərindən fərqli olaraq, Azərbaycan yığmasının hələ xalları yoxdur. Lakin komandamız bu boşluğu gələn görüşlərdə aradan qaldırmağa çalışacaq.

Qeyd etmək lazımdır ki, hokkeyçilərimiz Yeni Zelandiyadan üç xal geri qalır. Turnir cədvəlinə başçılığı isə Koreya yığması edir.

Xəbər lenti

Xəbər lenti