...

Qrossmeyster Vüqar Həşimov İspaniyadakı turnirdə ikinci yeri tutdu

Cəmiyyət Materials 25 İyun 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Vüqar Həşimov Saensoda (İspaniya) keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub.

İsveçrə sistemi üzrə keçirilən yarışların nəticələrinə dair şahmatçımız yeddi xal toplayıb. Eyni göstərici ilə yarışı almaniyalı Aleksandr Qraf və ispaniyalı Rikkardo Reynaldo bitirib. Nəticədə əlavə əmsalların göstəricilərinə əsasən qələbəni Qraf qeyd etməli olub. Bu yaxınlarda Kapablanka memorialında çıxış edən Vüqar isə ikinci yerlə kifayətlənib.

Ənənəvi turnirdə Belçika, Gürcüstan, Rusiya və digər ölkələrin nümayəndələri çıxış edib.

Xəbər lenti

Xəbər lenti