...

Azərbaycan nümayəndə heyəti Tbilisidə mədəniyyətlərarası dialoqa həsr olunmuş konfransda iştirak edir

Cəmiyyət Materials 28 İyun 2007 15:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Cümə axşamı Tbilisinin "Ambassador" otelində beynəlxalq mədəniyyətlərarası dialoqa həsr olunmuş ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirin təşkilatçısı rolunda Gürcüstanın Təhsil və Elm Nazirliyi çıxış edir.

Konfransda təhsil nazirinin müavini Bela Tsipuriya, Avropa Şurasının (AŞ) Gürcüstanda xüsusi nümayəndəsi İqor Qaon, AŞ-nin administrasiya və departament proqramları koordinasiyası ofisinin rəhbəri Pğer Mason və Avrokomissiya layihəsinin meneceri Mariya İarera iştirak edir.

Tədbir zamanı Gürcüstan, Azərbaycan, Ermənistan və Ukraynanın təhsil sahəsinin nümayəndələri mədəniyyətlərarası dialoqla bağlı məsələləri müzakirə edəcəklər. Eyni zamanda "Təhsildə mədəniyyətlararası dialoq" adlı layihənin rəsmi təqdimatı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti