...

Dəvəçidə qadınlar arasında anemiya xəstəliyi artıb

Cəmiyyət Materials 3 İyul 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Dəvəçi rayonunda qadınlar arasında anemiya xəstəliyi bir neçə dəfə artıb. Xəstəliklə əlaqədar bu il rayonda 16 uşaq vaxtından əvvəl dünyaya gəlib. Bir körpə isə ölü doğulub.

Dəvəçi rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Kəmalə Əliyevanın çərşənbə axşamı verdiyi məlumata görə, anemiya xəstəliyinin yaranmasına səbəb hamilə qadınların vaxtı-vaxtında qidalanmaması, doğuşlararası vaxt azlığıdır. Onun sözlərinə görə, xəstəliyin fəsadları körpəlirin ölü doğulması, doğulduqdan sonra zəif olması, yoluxucu xəstəliklərə tez-tez yoluxmasıdır. Xəstəliklə əlaqədar dünyaya zəif gəlmiş 7 uşaq Bakıya müalicəyə göndərilib.

Dəvəçi paytaxt Bakıdan 130 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti