...

Azərbaycan boksçuları Avropa birinciliyində iki bürünc mükafat qazanıblar

Cəmiyyət Materials 14 İyul 2007 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev bu günlərdə gənclər arasında Avropa birinciliyinin keçirildiyi Serbiyadadır.

Trend ə məlum olub ki, Balkanlara səfəri çərçivəsində Əbiyev öz xarici həmkarları ilə avqust ayında başlayan gənclər arasında Dünya çempionatının Bakıda keçirilməsi məsələsini müzakirə edəcək. Hazırda bir sıra dəri əlcək usutaları Serbiyada keçirilən yarışda iştirak edir, daha sonra onlar mundialın mükafatları uğrunda mübarizə aparmaq üçün Bakıya gələcəklər.

Serbiya yarışı haqqında danışarkən qeyd etmək lazımdır ki, bürünc medalla kifayətlənən Azərbaycan boksçuları finalda iştirak etməyəcəklər. Elgün Əhmədov və Famil Süleymanov yarımfinalda Rusiya idmançılarına məğlub olublar.

Xəbər lenti

Xəbər lenti