Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bu gündən regionlarda yeni yaradılan apellyasiya məhkəmələri fəaliyyətə başlayıb. Məhkəmə-Hüquq Şurasından Trend ə verilən məlumata görə, məhkəmələrin normal fəaliyyəti üçün tam şərait yaradılıb. Məhkəmələr üçün müvəqqəti binalar ayrılıb, məhkəmə aparatının əməkdaşları müəyyənləşdirilib.
Prezidentin 19 yanvar 2006-cı il tarixli fərmanı ilə Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı və Şəki apellyasiya məhkəmələri yaradılıb. Milli Məclis prezidentin təqdimatı ilə apellyasiya məhkəmələrinin hakimlərini təsdiq edib. Prezidentin sərəncamı ilə Ali Məhkəmənin hakimləri İman Nağıyev Bakı, Rafiq Məmmədov Gəncə, Qürbət Əsgərov Əli Bayramlı, Ramazan Burcayev Şəki, İkram Kərimov isə Sumqayıt apellyasiya məhkəmələrinin sədri təyin olunublar. Bakı Apellyasiya Məhkəməsi 30, digərləri isə 7 hakimdən ibarət təşkil olunub.