Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Xəzər" futbol klubu Emin Quliyevin cəzasının müddətini azaltmaq istəyir. Adıçəkilən futbolçu komandasının Çempionalr Liqasının seçmə mərhələsi çərçivəsində Bakıda Zaqreb "Dinamo"suna qarşı oyunda qırmızı vərəqə aldığı üçün UEFA tərəfindən diskvalifikasiya edilib.
UEFA Quliyevə beş avrokubok oyununda meydana çıxmağı qadağan edib. Onlardan birini futbolçu artıq buraxıb. Buna baxmayaraq lənkəranlılar cəzanı kifayət qədər ağır hesab edərək UEFA-ya onun cəzam müddətinin azaldılması ilə bağlı müraciət ediblər.
Qeyd edək ki, Zaqrebdə keçirilən cavab qarşılaşmasında "Xəzər"in daha bir oyunçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Bu, forvard Edmont N'Tiamoadır. O bir təqvim matçını buraxmalı olacaq.