...

Bakıda millətlər Kuboku üçün "Nə? Harada? Nə zaman?" oyununa 21 komanda yığılacaq

Cəmiyyət Materials 15 Avqust 2007 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / "TrendLife" müxbir E. Hüseynzadə/ Məlum olub ki, avqustun 29-dan sentyabrın 2-nə kimi Bakıda "Nə? Harada? Nə zaman?" oyunu üzrə 3-cü millətlər Kuboku keçiriləcək. Bu haqda "TrendLife"a tədbirin təşkilatçılarından biri Rövşən Əsgərov xəbər verib. Onun dediyinə görə bu il Bakıda 21 komanda yığılacaq. Onu da qeyd edək ki, keçən il komandaların sayı 16 idi. Bizə ABŞ-dan, Kanadadan, Rusiyadan, İsraildən, Hollandiyadan, İngiltərədən, Gürcüstandan, Çexiyadan, Ukraynadan və başqa ölkələrdən komandalar gələcəklər. Rövşənin dediyinə görə: "Mən burada favorit kimi Rusiyanı, Ukraynanı, İsraili, ABŞ-ı və Azərbaycanı hesab edirəm". Bakıya həmçinin Aleksandr Druz, Aleksey Blinov, Andrey Kozlov, Vasili Utkin kimi tanınmış oyunçuların gəlişi gözlənilir. Tədbirin "Park İnn"-də keçəcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti