...

DAK sədri: "Dünya Azərbaycanlıları Konqresinin bütövləşməsi üçün işçi komissiya yaradılıb"

Cəmiyyət Materials 20 Avqust 2007 13:44 (UTC +04:00)
DAK sədri: "Dünya Azərbaycanlıları Konqresinin bütövləşməsi üçün işçi komissiya yaradılıb"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) bütövləşməsi üçün işçi komissiya yaradılıb və tərəflər arasında danışıqlar aparılır. Bu barədə Trend ə DAK-ın sədri Qulamrza Səbri Təbrizi məlumat verib.

2003-cü ildə DAK-da parçalanma baş vermiş, əvvəlki sədri Cavad Derəxtinin fəaliyyətinə etiraz edən bir qrup şəxs təşkilatdan ayrılmışdılar. Onlar DAK adı altında fəaliyyət göstəriblər, lakin sonradan həmin qurum adında dəyişiklik edərək Demokratik DAK adlanıb.

Qulamrza Təbrizi qeyd edib ki, həmin qrupun yenidən DAK-a birləşməsi üçün hər iki tərəfdən dörd nəfər olmaqla birgə komissiya yaradılıb. Komissiya toplanaraq birləşmə məsələsini müzakirə edəcək: "Mən bu prosesə müdaxilə etməyəcəm, qoy öz aralarında müzakirə edib razılığa gəlsinlər" - deyə DAK sədri qeyd edib.

Təbrizi onu da deyib ki, DAK-ın bu il keçirilən qurultayından sonra təşkilata çoxlu sayda alimlər cəlb olunub, qurumun Nizamnaməsinə dəyişiklik edilib: "Hazırda DAK-da 12 professor təmsil olunur. DAK-ın fəaliyyətinin gücləndirilməsi üçün işləri davam etdiririk, alimlərlə, xarici ölkə təmsilçiləri ilə paltak (İnternet vasitəsilə) görüşlərimiz olur. Ümumi işin gedişindən razıyam" - deyə DAK sədri vurğulayıb.

DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat dünyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, əsasən də Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti