...

Azərbaycanın voleybol yığmasının forvardı diskvalifikasiya edilə bilər

Cəmiyyət Materials 24 Avqust 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan yığmasının forvardı Natalya Məmmədova iki ilə diskvalifikasiya edilə bilər.

Bu, Natalyanın milli komandada çıxışdan imtina edəcəyi təqdirdə baş verə bilər. Nəzərə alınsa ki, Məmmədova Azərbaycanda peşəkarlıq səviyyəsinin artımının qeyri-mümkünlüyünü əsas gətirərək öncə "AzərReyl"də çıxışını dayandırmaq qərarına gəlib və sonra Heydər Əliyev Kubokuna hazırlaşan yığmanın heyətində məşqlərə qatılmaqdan imtina edib, voleybolçunun məsələsi son zamanlar federasiya üçün daha da aktuallaşır.

Ötən mövsümün yekunlarına əsasən, Məmmədova Avropa Voleybol Konfederasiyası tərəfindən Çempionlar liqasının ən yaxşı oyunçusu elan edilib.

Xəbər lenti

Xəbər lenti