...

Bakıda yaşıllıq sahələrində aparılan tikintilərin dayandırılması üçün Meriyaya 16 məktub göndərilib

Cəmiyyət Materials 29 Avqust 2007 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakıda yaşıllıq sahələrdə ayrı-ayrı şirkətlər tərəfindən aparılan tikintilərin dayandırılması üçün yanvar-avqust aylarında Bakı şəhər İcra Hakimiyyətinə 16 telefonoqram göndərilib. Bu barədə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Yaşıllıqlara dəymiş ziyana görə, təqsirkarları müəyyən etmək və onları inzibati məsuliyyətə cəlb etmək məqsədilə 15 iş üzrə aidiyyatı materiallar polis idarələrinə göndərilib.

Hesabat dövründə Bakıda yaşıllıqların mühafizəsi sahəsində aşkar olunan qanun pozuntuları ilə əlaqədar fiziki, hüquqi və vəzifəli şəxslərə qarşı 175 akt, 97 protokol tərtib edilib.

Məlumata görə, ağac və kol bitkilərinin qırılaraq məhv edilməsinə görə, təqsirkar şəxslərə qarşı 87 cərimə sanksiyası tətbiq olunub, təbiətə vurduqları ziyana görə isə cavabdeh şəxslərə qarşı 81 iddia qaldırılaraq 11 733 manat 30 qəpik məbləğində "Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu"na köçürülməsi təmin olunub.

Xəbər lenti

Xəbər lenti