...

AIBA prezidenti: "Dünya birinciliyinin keçirilməsinə Bakının namizədliyi rəqibsizdir"

Cəmiyyət Materials 30 Avqust 2007 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Mən heç şübhə etmirəm ki, Bakıdakı gənclər arasında dünya birinciliyi ən yüksək səviyyədə keçəcək" - deyə Azərbaycana gələn Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti Çinq-Kuo Vu Trend ə bildirib.

Qonaq qeyd edib ki, bu onun Bakıya ilk səfəridir və AIBA-da tutduğu rəhbər vəzifədən bu günə qədər ilk belə böyük miqyaslı yarışdır.

"Biz Dubayın imtinasından sonra yarışın kimə etibar edilməsi barədə fikirləşəndə, növbəti həlledici amil ortaya çıxdı. AIBA-da hansı ölkədə boksun yeniyetmələrdən gənclərə, gənclərdən böyüklərə daha dinamik inkişaf etdiyini təhlil etdik. Və biz bu qənaətə gəldik ki, Azərbaycan burada rəqibsizdir. O cümlədən, Bakıya göndərilən komissiya da öz müsbət rəyini verdi" - deyə Çinq-Kuo Vu bildirib.

Xəbər lenti

Xəbər lenti