...

Naxçıvan Ağ ciyər Xəstəlikləri Dispanseri yenidən istifadəyə verilib

Cəmiyyət Materials 6 Sentyabr 2007 13:07 (UTC +04:00)

Azərbaycan, Naxçıvan / Trend , müxbir E.Məmmədov/ Naxçıvan Ağ ciyər Xəstəlikləri Dispanseri bərpa işlərindən sonra istifadəyə verilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, ikimərtəbəli dispanserin yenidən qurulması zamanı əlavə koprus tikilib, yeni laboratoriyalar və müalicə otaqları istifadəyə verilib.

Onun sözlərinə görə, xəstəxananın bərpa işləri martdan başlayıb. Tikinti işlərinə 266 min manat xərclənib.

Novruzov deyib ki, 32 çarpayılıq dispanserdə əməliyyatxana, flüoqrafiya, funksional diaqnostika, stomotoloji kabinələr, eləcə də mətbəx, yeməkxana və camaşırxana fəaliyyət göstərəcək.

Muxtar Respublikada hazırda 45 ağ ciyər xəstəsi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti