Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.Mehdiyev/
Fevralın 17-dən 19-dək Rusiyanın paytaxtı Moskvada EBSC - çimərlik futbolu üzrə Avropa kubokunun final mərhələsinin oyunları keçiriləcək.
Trend-in AFFA-nın saytına istinadən yaydığı məlumata görə, çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev turnirə təyinat alıb.
Xatırladaq ki, Əfqan Həmzəyev Rusiyada keçiriləcək daha bir beynəlxalq turnirdə - fevralın 23-dən 27-dək Sankt-Peterburq şəhərində təşkil olunacaq FİFA klublararası dünya Qran-prisi-ndə də iştirak edəcək. Ə.Həmzəyev turnirin baş hakimi olacaq.