Azərbaycan, Bakı, 25 may /Trend/
Mayın 30-dan iyunun 4-dək Bakıda AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında II Caspian Cup beynəlxalq turniri keçiriləcək.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Türkmənistanın müvafiq yaş qrupundan ibarət yığma komandasının texniki məsələlərlə əlaqədar turnirdə iştirak etməyəcəyi müəyyənləşib. Türkmənistan yığmasının əvəzinə II Caspian Cup-da Litvanın U-17 komandası çıxış edəcək.