...

Berti Foqts: Komandada ən böyük problem Rəşad Sadıqovla bağlıdır

İdman Materials 10 Oktyabr 2012 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Bir neçə gündür toplanışdayıq. Çox istərdim ki, bugünkü açıq məşqdə jurnalistləri də görüm, amma təəssüf ki, görmədim. Trend-in məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts çərşənbə günü keçirdiyi mətbuat konfrasında deyib.

O bildirib ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı oktyabrın 16-da "Lujniki" stadionunda baş tutacaq qarşılaşmada süni ortükdə oynayacaqlar.

"Ona görə də biz bütün məşq prosesini süni meydançada keçiririk. Hazırlığın gedişatından razıyam. Hiss edirəm ki, futbolçular Rusiya ilə oyunu səbirsizliklə gözləyirlər", - baş məqşçi deyib.

Alman mütəxəssisin sözlərinə görə, Rəşad Sadıqov oktyabrın 16-da Rusiya komandasına qarşı oyunu buraxa bilər.

"Komandada ən böyük problemimiz Rəşad Sadıqovla bağlıdır. İki gün əvvəl zədələnib. Əgər bu gün və sabah məşqdə iştirak etməsə, Moskvada oynamayacaq", - Foqts bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti