...

"Neftçi" və "İnter" dünyanın ən güclü klublarının siyahısında irəliləyiblər

İdman Materials 3 Dekabr 2012 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının növbəti reytinq cədvəlini açıqlayıb.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, 451 komandanın yer aldığı siyahıda 2 Azərbaycan komandası da var.

Bu siyahıda ölkəmizi təmsil edən "Neftçi" 44 pillə irəliləyərək 213-cü yerə qalxıb. "Ağ-qaralar"ın aktivində 87 xal var. "Neftçi"nin Avroliqanın qrup mərhələsindəki rəqiblərindən İtaliya "İnter"i 28-ci (194 xal), "Rubin" 72-ci (144 xal), "Partizan" isə 139-cudur (106 xal).

Digər təmsilçimiz "İnter" də 7 pillə irəliləyərək 420-ci yerə qalxıb - 62 xal.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti