Azərbaycan, Bakı, 8 dekabr /Trend/
UEFA prezidenti Mişel Platini əmindir ki, "Barselona"nın forvardı Lionel Messi dördüncü dəfə "Qızıl top"u qazanaraq ona məxsus rekordu yeniləyəcək. Bu barədə Trend şənbə günü xarici KİV-ə istinadən məlumat verir.
"Messi bu il və ya gələn il mütləq dördüncü "Qızıl top"a layiq görülərək Kroyf, Van Basten və məni ötəcək", - Platini deyib.
Qeyd edək ki, Platini bu mükafata 3 dəfə (1983, 1984 və 1985-ci illərdə) layiq görülüb.