...

Azərbaycanda ilin ən yaxşı baş məşqçisi və futbolçusu müəyyənləşdirildi

İdman Materials 23 Dekabr 2012 15:05 (UTC +04:00)
Azərbaycan idman mətbuatının aparıcı qəzetlərindən olan "Komanda"nın ilin ən yaxşı məşqçi və futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticələri açıqlanıb.
Azərbaycanda ilin ən yaxşı baş məşqçisi və futbolçusu müəyyənləşdirildi

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Azərbaycan idman mətbuatının aparıcı qəzetlərindən olan "Komanda"nın ilin ən yaxşı məşqçi və futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, qəzetin jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində 2012-ci ilin ən yaxşı məşqçisi adına bu il Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil etmiş "Neftçi"nin çalışdırıcısı Böyükağa Hacıyev layiq görülüb. İlin ən yaxşı futbolçusu isə flaqmanın yarımmüdafiəçisi Cavid İmamverdiyev seçilib.

Qeyd edək ki, "Komanda" qəzeti bu gün keçirdiyi mərasimdə ilin ən yaxşılarına kubok təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti