...

Bişkekdə Orta Asiya və Azərbaycan futbol federasiyaları rəsmilərinin görüşü keçiriləcək

İdman Materials 12 Fevral 2013 15:13 (UTC +04:00)
Fevralın 12-13-də Bişkekdə Tacikistan, Azərbaycan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın futbol federasiyalarının baş katiblərinin görüşü keçirləcək.
Bişkekdə Orta Asiya və Azərbaycan futbol federasiyaları rəsmilərinin görüşü keçiriləcək

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Fevralın 12-13-də Bişkekdə Tacikistan, Azərbaycan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın futbol federasiyalarının baş katiblərinin görüşü keçirləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Tacikistan Futbol Federasiyasının (TFF) mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

AFFA-dan Trend-ə verilən məlumata görə, baş katib Elxan Məmmədov tədbirdə iştirak edəcək.

Məlumata görə, TFF-nin baş katibi Firdavs Fayzulloyev və TFF-nin Beynəlxalq şöbəsinin müdiri İslom Mahmadşoyev UEFA-nın Bişkekdə uşaq və yeniyetmə futbolunun inkişafına həsr edilmiş tədbirində iştirak edirlər.

Tədbir çərçivəsində UEFA-nın uşaq və yeniyetmə futbolunun inkişafına həsr edilmiş seminarı təşkil ediləcək. Futbol funksionerləri regionda uşaq və yeniyetmə futbolunun problemləri və inkişaf perspektivlərini müzakirə edəcək, habelə öz ölkələrində vəziyyətlə bağlı məlumat verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti