...

Azərbaycan güləşçilərinin Dünya Kubokunda rəqibləri məlum oldu

İdman Materials 18 Fevral 2013 18:32 (UTC +04:00)
19-20 fevral 2013-cü il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək.
Azərbaycan güləşçilərinin Dünya Kubokunda rəqibləri məlum oldu

Azərbaycan, Bakı, 18 fevral /Trend/

19-20 fevral 2013-cü il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək. Yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Belarus, Qazaxıstan, Bolqarıstan, Koreya, Ermənistan və Macarıstan güləşçiləri iştirak edəcəklər.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu dəqiqələrdə yarışın püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Türkiyə, İran, Qazaxıstan və Macarıstanla birgə "B" yarımqrupunda, Rusiya, Bolqarıstan, Belarus, Koreya və Ermənistan komandaları isə "A" yarımqrupunda mübarizə aparacaqlar.

Azərbaycan güləşçiləri ilk görüşünü Türkiyə yığmasına qarşı keçirəcək. Görüşlər Bakı vaxtı ilə səhər saat 10:00-da başlayacaq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti