...

Azərbaycan paralimpiyaçıları beynəlxalq turnirdə 3 medal qazanıblar

İdman Materials 28 Mart 2013 18:52 (UTC +04:00)
Martın 21-27-də BƏƏ-nin Dubay şəhərində 5-ci Fazza atletika üzrə beynəlxalq turniri keçirilib.
Azərbaycan paralimpiyaçıları beynəlxalq turnirdə 3 medal qazanıblar

Azərbaycan, Bakı, 28 mart /Trend/

Martın 21-27-də BƏƏ-nin Dubay şəhərində 5-ci Fazza atletika üzrə beynəlxalq turniri keçirilib. Bu yanş Fransanın Lion şəhərində iyul ayında keçiriləcək Dünya çempionatında iştirak etmək üçün lisenziya qazanmaq hüququ verir.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 8 paralimpiyaçıdan ibarət milli komandamız bu yarışda iştirak edib və tibbi təsnifatdan keçərək müxtəlif əlillik kateqoriyalarına aid edilib.

Yarışlarda 2008-ci il Pekin Paralimpiya çempionu Oloxan Musayev nüvə itələmə üzrə 11,97 nəticə ilə, 2012-ci il London Paralimpiya Oyunlarının dördüncüsü Samir Nəbiyev isə disk atma üzrə 45,87 nəticə ilə qızıl medallara layiq görülüblər. Gənc paralimpiyaçı Rauf Adıgözəlov nizə atma üzrə 41,29 nəticə göstərərək bürünc medala laiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti