...

Misirdə mövcud vəziyyət futbola da təsirsiz ötüşmədi

İdman Materials 14 İyul 2013 22:20 (UTC +04:00)
Misir Futbol Federasiyası ölkədəki təhlükəsizlik problemləri səbəbindən mövsümün bütün liqalardakı matçlarını ləğv edib.
Misirdə mövcud vəziyyət futbola da təsirsiz ötüşmədi

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Misir Futbol Federasiyası ölkədəki təhlükəsizlik problemləri səbəbindən mövsümün bütün liqalardakı matçlarını ləğv edib.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, federasiyanın icraçı direktoru Sərvət Suveylim Daxili İşlər Nazirliyindən oyunların keçiriləcəyi stadionların təhlükəsizliyini təmin edə bilməyəcəkləri ilə bağlı xəbərdarlıq aldıqlarını söyləyib.

Suveylim nazirliyin sadəcə 18-ci həftənin matçlarının təxirə salınmasını tələb etdiyini, lakin federasiyanın mövsümün bütün oyunlarını ləğv etdiyini bildirib.

Qeyd edək ki, Misirdə 2013-2014-cü il futbol mövsümünə avqust ayında start verilməlidir.

Xəbər lenti

Xəbər lenti