...

Futbol üzrə dünya çempionatı qışda keçirilə bilər

İdman Materials 18 İyul 2013 18:06 (UTC +04:00)
FIFA İcraiyyə Komitəsi oktyabr ayında 2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının (DÇ) qış fəslinə keçirilməsi imkanını müzakirə edəcək.
Futbol üzrə dünya çempionatı qışda keçirilə bilər

Azərbaycan, Bakı, 18 iyul /Trend/

FIFA İcraiyyə Komitəsi oktyabr ayında 2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının (DÇ) qış fəslinə keçirilməsi imkanını müzakirə edəcək. Bu barədə Trend "Guardian" qəzetinə istinadən məlumat verir.

İcraiyyə Komitəsinin xüsusi iclası oktyabrın 3-ü və ya 4-də keçiriləcək.

Xatırladaq ki, daha əvvəl belə bir təkliflə FIFA-nın prezidenti çıxış etmişdi. O bildirib: "Biz stadionları soyuda bilərik, lakin bütün ölkəni soyuda bilmərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti